ARTİ MDPİM "Peşəkar ol" layihəsi üzrə təlimlərdə iştirak etmək üçün qeydiyyata başlayır

Təlimlər pedaqoji fakültələrdə təhsil alan sonuncu kurs bakalavriat və magistrantlar üçün nəzərdə tutulub.


12 akademik saatı əhatə edən təlimlər zamanı iştirakçılar aşağıdakı mövzularda məlumatlandırılacaq:


- “Müasir təhsilin fəlsəfəsi”;

advertisement
- “Sinfin idarə edilməsi”;

- “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”;

- “Rabitəli nitqin inkişafı”;

- “Öyrətmə və öyrənmənin xüsusiyyətləri”;

- “Müəllimlərin İşə Qəbulu prosesi haqqında məlumatlandırma”;

advertisement
- “Fənn kurikulumlarının xüsusiyyətləri”.


Layihənin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, onlarda qeyri-standart təfəkkürü inkişaf etdirmək, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.


Qeyd edək ki, təlimi bitirən iştirakçılara ARTİ tərəfindən sertifikatlar təqdim olunacaq.

advertisement

Müraciət üçün son tarix: 10 may 2022-ci il


Məlumat üçün bildirək ki, təlimin başlanma tarixi və saat tələbələrlə qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.


advertisement
Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz:





BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az