6 İyul 22:53

ARTIM: Ekstatik rəqs

İyulun 15-i, Sizi ARTIM Layihə Məkanında keçiriləcək “Ekstatik rəqs” adlı tədbirində iştirak etməyə dəvət edirik. Əsas məqsəd yığılmış gərginliyi və stressi aradan qaldırmaq və daxili insan resurslarını ortaya çıxarmaqdır. Bu təcrübədən keçməyə, layihənin müəllifi Səid İsmayılovun (Yoqaddin) rəhbərlik etdiyi peşəkar təlimçiləri sizə kömək edəcəklər.

Tarix: 15 iyul, saat 19:00
Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)

Qeydiyyat üçün: 0125052323

Bu təcrübəni azad, ani yaranmış rəqs kimi də adlandırırlar. Hər yaşda və hər hansı bir rəqs bacarığı olan bu təcrübədən keçə bilər. Təcrübə, hər şeyin dalğa və ritmik bir şəkildə hərəkət edən enerjilərdən ibarət olduğunu vurğulayan fəlsəfi məqamlara əsaslanır. Məqsəd, zehni sülhə gətirməkdir və beləliklə bədən ruhun istəyinə uyğun hərəkət etməyə çalışır. Bədən hərəkətinə və nəfəs almaq prosesinə diqqət yetirən insan tez zamanda meditativ duruma çatır və onun bütövlüyünü, dünya ilə əlaqəsini hiss edə bilir.
“Rəqs etməyin, rəqsin özü olun” – bu praktikanın əsas ideyasıdır.
Davamlıq 2,30 saat

Qaydalar:
– Praktika zamanı susmaq
– Ayaqyalın və ya corabla rəqs etmək
– Şəxsi məkana hörmət etmək
– Başqa rəqqas ilə əlaqə yaratmaq üçün ilk növbədə baxışlarla əlaqə qurun. Bəziləri burada yalnız özü ilə rəqs etmək üçün buradadır.
– Telefon və kameralar olmaz
– Praktika zamanı yemək və ya içmək olmaz
– Özünüzlə su gətirə bilərsiniz

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalqsəviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir; ikinci məkanın açılması ilə bu təşəbbüslərin daha geniş miqyasda davam etdirmək imkanımızın yaranmasını bildirməkdən böyük qürur hissi duyuruq.

Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
İş saatları: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat üçün: www.yarat.az;

Bəyən və paylaş

Rəylər

rəy(lər)