24 Fevral 13:52

ARTIM: Elturan Məmmədov “Müvafiq tədbirlər”

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisini təqdim edir.

Məkan: ARTIM Layihə Məkanı
Açılış: 28 fevral, saat 19:00

Sərginin müddəti: 28 fevral – 3 may
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
Giriş sərbəstdir

“Müvafiq tədbirlər” sərgisi multidistiplinar rəssam Elturan Məmmədovun ilk fərdi sərgisidir. “Müvafiq tədbirlər” Elturan Məmmədovun insanları dialoqa və ya heç olmasa reaksiyaya dəvət edən bir “provokasiyadır”. Sərginin adı kütləvi informasiya vasitələrinin şablon xarakterli mətnlərindən ilhamlanıb. Xüsusi olaraq bu sərgi üçün hazırlanan əsərlərin konsepsiyasının əsas inkişafı iki istiqamətdə aparılaraq, yerli media və Azərbaycanda erkən nikah problemlərinə həsr olunub.

Rəssamın toxunduğu yerli telekanallar mövzusu, əslində, daha geniş diapazonu əhatə edərək, şahidi olduğumuz dövrün dəyərləri, reallıqları/illüziyaları, arzuları və absurdlarından bəhs edir. Ekspansiyasız mövcud ola bilməyən kapitalizm quruluşunun insan kütlələri simasında böyük istehlakçı bazarı vardır. İstehsal strukturunun ayrılmaz hissəsi olan televiziya/media, istehlak prosesini istənilən halda, pozitiv və anlaşılmasında heç bir çətinlik olmayan “virtual” məhsul şəklində təqdim etmək məcburiyyətindədir. Bu fikirlərdən irəli gələrək, Elturan, istehlak prosesini əksər televiziya kanallarında yayımlanan əsas verilişlər – xəbərlər, idman, hava proqnozu, teleserial – vasitəsilə açıqlayaraq, kitç mədəniyyətinin törəməsi olan strukturu kəskin tənqid edir. İdeyanın açıqlanmasında lokal identiklik meyarını əsas alət kimi tutaraq, rəssam təqdim olunan teleproqramlara fərqli bucaq altında baxış təklif edir. Bununla o, istehlakçı cəmiyyətdə formalaşmış hedonistik həyat tərzinə incə işarə edir.

Azərbaycanda erkən nikah hallarına münasibət bildirən Elturan, bu problemin işıqlandırılmasını sadə və başadüşülən (yerli medialar nümunəsi kimi), lakin düşündürücü yolla edir. Qurulan sadəliyin arxasında isə rəssama xas olan qrotesk və tənqidi yanaşma durur. Erkən nikah məsələsini sadəlövh uşaqlıq trilogiyası şəklində rəvayət edən rəssam, ardıcıl etaplarla problemin kulminasiyasını açıqlayır. Rəssamın ictimaiyyətə çıxartdığı seçilmiş real intihar hekayələrinin rəsmi statistikası problemin miqyasının və bütün dəhşətlərinin danılmaz sübutudur.

Elturan Məmmədov (1990, Oğuz) müasir Azərbaycan rəssamları nəslinin nümayəndəsidir. Onun incəsənət fəaliyyəti fotoqrafiya ilə başlayıb. Video, instalyasiya, səs sahələrində özünü sınayan rəssamın təcrübəsi araşdırma və müşahidələrlə bağlıdır. Elturanın toxunduğu mövzular birbaşa olaraq lokal mentallığa bağlıdır və düşündürücü sosial mesajlar səsləndirir. O, cəmiyyət absurdlarından zövq alaraq, onlara ironiya ilə yanaşır. Elturan Məmmədov Tbilisi Foto Festival (2019), Nə hərb, nə sülh (Bakı, 2017), Dəniz və Dağlar arasında (Bakı, 2017), Müqavimət haqqında 300 söz (Bakı, 2016), Konfet dağlar və neftli sahillər (Perm, 2015), VI Moskva Gənc İncəsənət Biennalesi (2014), və s. yerli və xarici qrup sərgilərin iştirakçısıdır.

Sərginin kuratoru Fərəh Ələkbərlidir
Araşdırma: Zəhra Məmmədova, Kənan Hücətzadə

______
Пространство современного искусства YARAT представляет в Проектном Пространстве ARTIM персональную выставку Эльтурана Мамедова под названием “Соответствующие меры”.

Место: Проектное пространство ARTIM
Открытие: 28 февраля, 19:00
Сроки выставки: 28 февраля – 3 мая
Адрес: Ичеришехер, ул. Кичик Гала 5
Вход свободный

Выставка “Соответствующие меры” – первая персональная выставка мультидисциплинарного художника Эльтурана Мамедова. “Соответствующие меры” – это своеобразная авторская “провокация”, вызывающая людей на диалог или хоть какую-то реакцию. Название выставки навеяно шаблонными текстами средств массовой информации. Работы, созданные специально для этой выставки, концептуально нацелены на две главные темы: местные СМИ и проблемы ранних браков в Азербайджане.

Тема местных телеканалов, затронутая художником, в действительности, охватывает более широкий диапазон, рассказывая о ценностях, реалиях/иллюзиях, желаниях и абсурдах нашего времени. Капитализм, не возможный без экспансии, имеет большой потребительский рынок в лице человеческих масс. Являясь неотъемлемой частью производственных отношений, телевидение/медиа вынуждено во всех случаях представлять процесс потребления позитивно и предлагать абсолютно понятный “виртуальный” продукт. Опираясь на подобный подход, Эльтуран рассматривает процесс потребления сквозь призму основных передач, транслируемых на большинстве телеканалов – новости, спорт, прогноз погоды, телесериал – при этом резко критикуя отношения, являющиеся продуктом культуры китча. Приняв критерий локальной идентичности за главный инструмент раскрытия идеи, художник предлагает взглянуть под иным углом на представленные телепрограммы. Тем самым он тонко намекает на гедонистический образ жизни, сформировавшийся в обществе потребления.

Выражая свое отношение к случаям ранних браков в Азербайджане, Эльтуран освещает данную проблему просто, доходчиво (на примерах из местных СМИ), заставляет задуматься. Но за выстроенной простотой таится свойственный художнику гротеск и критический подход. Повествуя о ранних браках языком простодушной детской трилогии, художник поэтапно, последовательно раскрывает кульминацию проблемы. Официальная статистика реальных случаев суицида, выборочно представленная художником на суд общественности, является неоспоримым подтверждением масштаба проблемы и всех её ужасов.

Эльтуран Мамедов (1990 г.р., Огуз) является представителем современного поколения азербайджанских художников. Его творческий путь начинался с искусства фотографии. Художник накопил немалый опыт исследований и наблюдений, пробуя себя в таких формах, как видео, инсталляция, звук. Затрагиваемые Эльтураном темы напрямую связаны с локальным менталитетом и полны социальных посылов, которые заставляют задуматься. Он упивается абсурдами общества, относится к ним с иронией. Эльтуран Мамедов участвовал в VI Московской биеннале молодежного искусства (2014), в местных и зарубежных групповых выставках, таких как Конфетные горы, нефтяные берега (Пермь, 2015), 300 слов о сопротивлении (Баку, 2016), Ни война, ни мир (Баку, 2017) и др.

Куратор выставки: Фарах Алакбарли
Исследователи: Захра Мамедова, Кянан Худжатзаде

______
YARAT Contemporary Art Space features the solo exhibition by Elturan Mammadov “Drastic Measures” in ARTIM Project Space.

Location: ARTIM Project Space
Opening: February 28, 7 pm
Exhibition duration: February 28 – May 3
Address: 5, Kichik Qala str., Icheri Sheher
Free admission

“Drastic Measures” is the first solo exhibition of multidisciplinary artist Elturan Mammadov. Drastic measures is a “provocation” that invites people to a dialogue or at least to a reaction. The title of the show is inspired by the standardized text of mass media. The artworks, which were made specifically for this exhibition, present two main themes focusing on local media and early marriage issues in Azerbaijan.

The subject of local TV programming as interrogated by the artist encompasses a broad range of undercurrents and speaks about absurdism, dreams, realities/illusions and the values of the current epoch that we are witnessing. Capitalism, which cannot exist without expansion, has a large consumer market targeted through mass media. Television and media, which are integral parts of this production structure, present consumption in the form of a “virtual” product that is positive and easy to comprehend. Based on these assumptions, Elturan strongly criticizes the structure of kitsch culture, explaining the process of consumption through major television programs – news, sports, weather forecasting, and entertainment. Using local identity as the lens through which he examines these ideas, the artist offers a different perspective on popular TV programs. By doing so, he uncovers the hedonistic lifestyle that has been developed in consumer society through media imagery.

Commenting on early marriages in Azerbaijan, Elturan draws attention to the problem in a simple and engaging (through an example of local media), as well as thought-provoking way. Behind the straightforward imagery is the grotesque and critical approach typical for the artist. The artist, who narrates the issue of early marriage in the form of a naive childhood trilogy, explains the culmination of the problem through progressive stages. The official statistics of cases of real suicide highlighted by the artist are indisputable proof of the scale and horror of the problem.

Elturan Mammadov (1990, Oguz) is a representative of the new generation of contemporary artists in Azerbaijan. His artistic career began with photography. The artist’s practice also includes video, installation and sound mediums, and is closely informed by research and observation. Elturan’s subjects based in local culture and his direct aesthetic approach produce thought-provoking social messages. He enjoys the absurdities of society, which give him a sense of pleasure, with the irony. Elturan Mammadov was a participant of local and international exhibitions: Tbilisi Photo Festival (2019), In Between the Sea and a Mountain (Baku, 2017), Neither War, nor Peace (Baku, 2017), 300 Words on Resistance (Baku, 2016), Candy Mountains and Oil Coasts (Perm, 2015), IV Moscow Biennale for Young Art (2014).

Curator of the exhibition: Farah Alakbarli
Research: Zahra Mammadova, Kenan Hujatzadeh

Bəyən və paylaş