3 Aprel 03:33

ARTIM LAB: 100% Made in Azerbaijan

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində “100% Made in Azerbaijan” adlı birgünlük ilk yekun sərgini ARTIM Layihə Məkanında təqdim edir.

Açılış: 4 aprel 2017-ci il
Saat: 19:00

ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir

“Layihələrinin birinin hazırlanması zamanı fikrimə belə bir ideya gəldi ki, mənim istifadə etdiyim materialların heç biri Azərbaycanda istehsal olunmayıb və bura xaricdən gətirilib. Ağlımda bir sual yarandı: görəsən, yalnız yerli məhsullardan hazırlanmış iş yaratmaq mümkündürmü? Bu sualın cavabını “100% Made in Azerbaijan” adlı sərgidə almaq olar” – Fərhad Fərzəliyev, sərginin kuratoru.
“Hamı yerli mal alsın, xeyir vətənə qalsın” devizi iqtisadi böhran zamanı çox aktualdır. Xaricdən gətirilən bədii materialların yerli bazarda bahaçılığı yaradıcılığa maneə olmamalıdır, əksinə unikallıq axtarışlarına çağırmalı, eksperimentlərə ilhamlandırmalıdır . Materialın coğrafiyasına olan səlis yanaşma çox zaman rəssamın vizit kartına çevrilir. Müasir incəsənətin şöhrət qazanmış bir çox simaları yaradıcılığında məhz yerli məhsul istifadə edərək məşhurlaşıblar.

ARTIM Lab layihəsinin iştirakçıları Hatəm Əlizadə, Leyla Quliyeva, Şahnaz Ağayeva, Aydan Mirzəyeva, İlahə Xalıqova, Çinarə Vəliyeva, Atəş Əzizov, Amil Quliyev, Etibar İsmayılov, Aqil Tahirli və Mousa Bəyzadə sərginin kuratoru Fərhad Fərzəliyevlə 3 həftəlik “100% Made in Azerbaijan” adlı ustad dərslərin nəticəsində ərsəyə gəlmiş əsərləri nümayiş etdirirlər. Layihə özünüifadə etmək üçün yerli materiallardan və müxtəlif üsullarla yaradılan eksperimentlərin nəticəsini göstərir.

***

YARAT Contemporary Art Space is pleased to invite you to the 24 hours group exhibition of ARTIM LAB “100% Made in Azerbaijan” at ARTIM PROJECT Space.

Exhibition Date:
April 4, 2017
Time: 7 pm
Address: ARTIM Project Space
Old City (Icherisheher) Boyuk Gala Street 30, 001A
Admission is free

“While working on one of the projects, I realized that most of the materials that I use are not produced in Azerbaijan. I was wondering whether it would be possible to prepare an exhibition consisting of artworks made only from local goods. Especially in times of economical crisis the motto “If everybody buys local goods, the profits stays home” is very relevant. An increase of the prices for artistic supplies in the local market, should not interfere with the artistic creativity, but rather call the search for uniqueness and inspire experimental practices. A careful approach and the awareness of the material’s geopolitical background can turn into the artist’s trademark. Many contemporary artists became famous because of their choice of local products. The combination of mass production and traditional craftsmanship was pioneered by the Chinese artist Ai Weiwei with his non-traditional use of Chinese traditional material. The project “100% Made in Azerbaijan” features the results of unique and familiar medias of self-expression, however, presented in another context.” – Farhad Farzaliyev.

ARTIM LAB participants Hatem Alizadeh, Leyla Guliyeva, Shahnaz Aghayeva, Aydan Mirzeyeva, Ilaye Xaliqova, Chinara Valiyeva, Atesh Azizov, Amil Guliyev, Etibar Ismayilov, Aqil Tahirli and Mousa Beyzadeh. The show features the results of a three weeks workshop conducted by the artist Farhad Farzaliyev.
In the workshop the participants discussed topics of globalization, ecological and ethnical questions discovering local materials and their symbolical, sociological and political meaning. The exhibition shows works that are exclusively made from local materials thus pushed the artists to return to simplicity and to focus on the physicality of everyday objects. In a commercialized world the exhibition touches on societal sensibilities on the real and natural unveiling how much our surrounding is dominated by imported goods.

Bəyən və paylaş

Rəylər

rəy(lər)