19 Oktyabr 13:51

ARTIM Lab: “Bifurkasiya” sərgisi

YARAT sizi ARTIM Lab iştirakçılarının YARAT Emalatxanalarında keçirilən “Bifurkasiya” adlı ikinci studiya qrup sərgisinə dəvət edir.

24 oktyabr, saat 19:00 – 21:00
YARAT Emalatxanaları, Akademik Həsən Əliyev küç., 1061

Giriş sərbəstdir

ARTIM Lab iştirakçıları: Murad Əkbərli, Günel Axundlu, Ramina Boçarova, Umay Abdullayeva, Əhməd Nəbiyev, Ağababa Bağırov, Rəna Bəşirova, Ruslan Abbasov, Nurseli Məmmədli, Yalçın Məmmədov.

Sərginin kuratoru: Samira Sefi

Bifurkasiya (latın dilindən “bifurcus” – “ikiləşmə” deməkdir) — asılı olduqları parametrlərin dəyişdirilməsində müxtəlif obyektlərin bütün mümkün ola bilən keyfiyyətli yenidənqurmaları və ya metamorfozları anlamına gəlir.

Bu gün planetin ekoloji durumuna neqativ antropogen təsiri problemi son dərəcə aktualdır. İnsan təcrübəsinə və biliklərinə əsasən, yaşadığımız dünya, antropogen nəzəriyyəsi ilə yanaşı, bir-birinə zidd olan tendensiyalar və əks başlanğıcların hansısa hörgüsünə bənzəyir. Bu nəzəriyyə, yeni geoxronoloji çağda, bəşəriyyətin Yer kürəsində baş verən bioloji, geoloji və atmosferik proseslərə təsirini göstərən ən mühüm amillərdən olduğunu vurğulayır. Burada geoxronoloji dövr insanın təbiəti manipulyasiya obyekti kimi öz mənfəəti və praqmatik hədəfllərinə tabe etməsi ilə xarakterizə olunur.

Artan ekoloji problemləri müzakirə edərkən, biz təbiət və insan münasibətlərində balanslaşmış paritetliyin yoxluğunu görürük. “Təbiət-Cəmiyyət” sistemində, insan, təbii mühitlə bağlı prioritet mövqedədir, lakin insan təbiətsiz sağ qala bilməz, təbiət isə insansız mövcud olacaq. Bu sərgi, təbiətlə insanın münasibətlərini, istehlakçı və təbiətin himayəçisi kimi ətraf mühitə təsirini araşdırır.

ARTIM Lab haqqında
YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir.

Təlim proqramı müddətində, YARAT tərəfindən YARAT Studios məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 4 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək. Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün, YARAT Akademiyasının bütün tədbirlərində, o cümlədən gündəlik emalatxana təcrübələrində mütəmadi iştirak etməli, yeni ideyalar fikirləşməli və yeni əsərlər yaratmalıdırlar.

YARAT Emalatxanaları – yerli və xarici rəssamlar üçün yaradıcılıq sahəsində əməkdaşlığın yaradılması məqsədilə təşkil olunan bir məkandır. YARAT Emalatxanalarının əsas vəzifəsi – rəssamları peşəkar və şəxsi nöqteyi-nəzərindən inkişaf etməsinə sövq edən yeni imkanların və iş mühitinin bəxş edilməsidir. YARAT Emalatxanalarında rəssamlar müasir incəsənət məhdudiyyətlərini aşmaq, rəssamlıqla əlaqəli eksperimentləri aparmaq və incəsənət dünyasında öz sözünü demək imkanlarından bəhrələnirlər. YARAT Art rezidensiya proqramının iştirakçıları da bu məkandan 3 ay ərzində istifadə edirlər və ARTIM Layihə Məkanında öz yekun sərgisini nümayiş edirlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)