#
13 Mart 14:27

ARTIM LAB: Finisaj və rəssamlarla görüş

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM LAB layihəsi çərçivəsində rəssamlar Şahnaz Ağayeva, Mousa Bəyzadə, İlahə Xalıqova, Aydan Mirzəyeva və Qafar Rzayevin əsərlərindən ibarət “Buraxılış sərgisi”nin finisajına və rəssamlarla görüşə dəvət edir.

Finisaj və rəssamlarla görüş: 16 mart, saat 19:00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Rəssamlar ARTIM LAB proqramında əldə etdikləri təcrübələrindən və yaratdıqları əsərlər barədə söhbət edəcəklər.

Birillik ARTIM LAB layihəsi ərzində, rəssamlar müxtəlif mövzular və texnikalar ilə eksperimentlər aparmaq, habelə seminarlar, praktiki məşğələlər və mühazirələr vasitəsilə təcrübə qazanmaq imkanı əldə etdilər. Buraxılış sərgisinə rəssamların yekun işlərində müzakirə edilən araşdırmaların nəticələri, o cümlədən gender problemləri, rəssam və təbiət arasında əlaqə, sənətin müvəqqətiliyi kimi müxtəlif mövzulara toxunan performans və heykəltəraşlıq əsərləri daxildir.

ARTIM LAB haqqında
YARAT Müasir İncəsənət Məkanı ARTIM LAB layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən YARAT Emalatxanalarında emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 4 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək. Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün, YARAT Akademiyasının bütün tədbirlərində, o cümlədən gündəlik emalatxana təcrübələrində mütəmadi iştirak etməli, yeni ideyalar fikirləşməli və yeni əsərlər yaratmalıdırlar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)