ARTIM Layihə Məkanı: #YarıHəqiqət

Artım Layihələr Məkanı böyük məmnuniyyətlə Sizi Vüsalə Ağaraziyeva, erkin Ələkbərli, Orxan Qarayev və Zərnişan Yusifin Yarı Həqiqətlər adlı qrup sərgisinə dəvət edir.

Sərgi müasir dünyanın işləmələrini üzərində fokuslaşır və adiliyin mənəviyyat və əxalaq necə təsir etməsini əks etdirir. Vüsalə Ağaraziyeva maadiyyatın dəyərinin mənəvi dəyərlərdən üstün oldüğu müasir dünyada artan maaddiyat ətrafında maarifləndirməni yüksəltməyə çalışır. Zərnişan Yusif pul mövzusunda müəyyənləşərək ona bağlı olan mahiyyəti dağıtmaq üzərində diqqətini cəmləşdirir. Orxan Qarayevin düşüncələri xəyal qurmaq və mənəvi axtarışlar üçün yer olmayan bugünümüzün rasionallığında müəyyənləşir. Erkin Ələkbərli tornado ilə müqaisə etdiyi səs – küylü dünyanın metaforunu yaradır.

YARAT Müasir İncəsənət Məkanı gənc rəssamlar üçün nəzərdə tutulan ARTIM layihəsinin əsas məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə gənc rəssamlara peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvaýq şərait yaratmaqdır. 2015-ci ilin oktyabr ayında İçərişəhərin mərkəzində münasib və izdihamlı bir guşəsində açılmış ARTIM Layihə Məkanının məqsədi – yerli və beynəlxalq rəssamların eksperimental yeni əsərləri nümayiş etdirməkdir.

Daha ətraflı məlumat üçün:  0125051414
Tarix: 14 may
Saat: 18:00-da
Yeri: ARTIM Layihə Məkanı
Ünvanı: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button
Close