ARTIM Layihə Məkanının açılışı keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının açılışını elan etməkdən məmnunluq duyur.

Müyəssər, açıq və dinamik məkan gənc yerli və xarici rəssamlar, kuratorlar və beynəlxalq rezidentura proqramının iştirakçılarının eksperimentlərini ifadə edən layihə və əsərlərini sərgilərlə təqdim edəcəkdir.

Noyabrın 20-də, saat 19:00-da ARTIM Layihə Məkanı öz qapılarını bütün incəsənət sevərlərə açacaqdır. Yeni daimi məkanın açılışı 7 anonim rəssamın ümumi sərgisi ilə keçiriləcək. Bu rəssamlar burada sərgilənən əsərlərini yeni məkanı kəşf etməklə yaratmışdılar, yəni bu vaxta kimi öz yaradıcılığında sınamadıqları yeniliklər tətbiq etmişdilər. Sərginin açılışı ölkədə incəsənətlə məşğul olan insanları qeyri-standart düşünməyə və yeni formalar, ideyalar və vizual ünsiyyət ilə sınaqlar keçirməyə sövq edəcək.

Sərginin açılışı zamanı ölkəmizin sənət yaradıcıları üçün ARTIM Layihə Məkanında iştirakla bağlı açıq müsabiqə elan ediləcək. Müsabiqədə iştirak üçün son müraciət tarixi 13 dekabrdır 2015-ci ildir.

ARTIM Layihə Məkanı açıq müsabiqəyə daxil olmuş müraciətlər arasından 6 layihə və ideya təkliflərini seçərək həyata keçirəcəkdir. Tətbiq olunan layihələr aşağıdakı komponentləri özündə ehtiva etməlidir:
>Sərgi komponenti:
Əsərin hazırlanması başa çatan kimi (sərgilənəcək sənət işləri) əsərlər ARTIM Layihə Məkanında nümayiş etdiriləcək. Sərginin təşkilatçılıq müddəti 2 həftədir. Sərgi 6 həftə ərzində davam edəcək.
>Təhsil komponenti:
Təqdim olunan layihəyə təhsil komponenti də daxil olmalıdır. Həyata keçirilməsi dövründə layihənin müəllifi layihə barədə geniş auditoriyanı məlumatlandırmaq və ümumi müzakirələrə yer ayırmalıdır.

Hər bir müraciət (ərizə) bir layihə təklifi kimi qəbul olunacaqdır. Müraciətçinin bir neçə ideya təklifi vardırsa, o, hər bir ideya üçün ayrıca müraciət etməlidir. Beləliklə, bütün müraciət edənlərə müxtəlif təkliflərlə bir neçə dəfə müraciət etmək imkanı yaradılmışdır.
* İştirakçılar sənəddə layihə barədə dəqiq məlumat, həmçinin əlaqə üçün cari məlumatı təqdim etməlidir.
* Müsabiqədə iştirak hamıya açıqdır və ödənişsiz.

Ünvan: İçəri Şəhər,Böyük Qala küçəsi 30, 001A
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button
Close