5 Aprel 08:45

ARTIM Layihələr Məkanı: #UrbanBaku Fuad Cəfərli

ARTIM Layihə Məkanı Sizi memar və şəhər planlaşdırma üzrə mütəxəssis Fuad Cəfərlinin mühazirəsinə dəvət edir.

“Təəcüblənmək, Təəcübləndirmək” qrup sərgisi çərçivəsində keçirilən mühazirə Bakının memarlıq tarixi, üslubları, şəhərin görünüşü və zamanla dəyişən dominant cərəyanları haqda olacaq. Sərgi rəssam Sergey Bratkovun Bakı ətrafı urbanistik ərazilərdə gənc Azərbaycan rəssamları üçün keçirdiyi ustad dərslərin nəticəsidir.

Fuad Cəfərli – şəhər planlaşdırma və ictimai nəqliyyat üzrə mütəxəssis. Massaçusets Texnologiya İnstitutunda Şəhər və Regional Planlaşdırma üzrə təhsil almışdır. Müxtəlif illərdə Bakının Regional İnkişaf Planı layihəsinin direktoru, müxtəlif qurumlarında və konsaltinq şirkətlərində şəhər planlaşdırma üzrə işləyib, Urbanizasiya Siyasəti üzrə Qafqaz Universitetində fənn müəllimi, ictimai nəqliyyat sisteminin optimallaşdırılması, şəhər yenidənqurması layihələri üzərində çalışıb. Bir neçə kitabın və tədqiqatların müəllifidir.

Daha ətraflı məlumat üçün: 0125051414
Tarix: 6 aprel
Saat: 18:00-da
Yeri: ARTIM Layihə Məkanı
Ünvanı: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)