27 Dekabr 18:30

ARTIM Layihə Məkanı baş tutacaq sərgi üçün bacarıqlı və gənc kuratorlar axtarır

ARTIM Layihə Məkanı baş tutacaq sərgi üçün bacarıqlı və gənc kuratorlar axtarır. Seçiləcək kurator 2019-cu il may ayında sərgi təşkil etmək şansını qazanacaq. Sərginin həyata keçirilməsi üçün limitli büdcə nəzərdə tutulub. Ekspozisiya bir ay müddətində nümayiş olunacaq.

Əsas tələblər:
• Öz karyerasının başlanğıc mərhələsində olmalı
• Yerli incəsənət sahəsində öz kuratorluq potensialını nümayiş etdirməli
• Müasir sosial diskurs qabiliyyətinə malik olmalı

• Müxtəlif incəsənət növləri üzrə təcrübə (fotoqrafiya, video, instalyasiya, yeni media və s.)

İştirak etmək istəyənlər [email protected] ünvanına bunları göndərməlidir:
• Əlaqə məlumatlarının (e-mail, telefon) daxil olduğu CV
• Sərgi təklifi (400 sözdən ibarət)
• Təklif olunan rəssam və əsərlərin siyahısı (yeni istehsalat tələb edən əsərlər üçün təklif vacibdir)
• Təhsil proqramları üçün ideya (mühazirə, ustad dərsi, film nümayişi və s.)

Son qeydiyyat tarixi: 31 yanvar 2019-cu il

ARTIM haqqında
ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.

İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Əlavə məlumat üçün: 012 505 1414

Bəyən və paylaş

Rəylər

rəy(lər)