20 Sentyabr 13:22

ARTIM Layihə Məkanı “Little YARAT” proqramının növbəti ustad dərslərinə dəvət edir

ARTIM Layihə Məkanı, yeniyetmələri hal-hazırda davam edən “Unut bildiklərini, gör mən kiməm” sərgi çərçivəsində “Little YARAT” proqramının növbəti ustad dərslərinə dəvət edir:

Aqil Abdullayev – “Zin kitabım”
Tarix: 21-22 Sentyabr, 16:00

Yaş məhdudiyyəti: 12+
Iki gün ərzində iştirakçılar Aqil Abdullayevin “Zəhləm getmiş dostlarım” adlı əsərindən ilhamlanaraq, zin formatlı kitabların hazırlanmasının kreativ və praktiki texnikaları ilə tanış olacaqlar.
Birinci gün (21 Sentyabr): Zin kitabının hazırlama texnikası ilə tanışlıq, qrup muzakirə və tapşırıqlar
İkinci gün (22 sentyabr): Zin mətnlərin yazılması və dizayn mərhələləri
Qeydiyyat üçün: 0502469292

Əhməd Nəbiyev – “Dizayner olmaq istəyirəm!”
Tarix: 29 sentyabr, 16:00
Yaş məhdudiyyəti: 12+
Qeydiyyat üçün: 0502469292

Ustad dərsi zamanı iştirakçılar valideynləri ilə bir araya gələrək, öz yaradıcı bacarıqlarını kəşf edəcəklər. Əldə edilmiş bacarıqların universallığını anlayaraq, onları nəyinki incəsənətdə, həmçinin başqa sahələrdə də tətbiq oluna biləcəyini öyrənəcəklər.

Bəyən və paylaş