10 İyun 11:10

ARTIM: Meyxana

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında Fikrət və Hikmət Xocəsəninin Meyxana performansına dəvət edir.

Performansın tarixi: 13 iyun, saat 19:00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş: sərbəstdir

ARTIM Layihə Məkanında Fikrət və Hikmət Xocəsəni qardaşları tərəfindən Meyxana üslubunda, şeir və misralarla seçilmiş mövzuda sintezləşdirilmiş improvizələri təqdim edəcəklər.

Meyxana performansı “Sovetski”nin sökülməsinə və yoxa çıxan məhəllələrin sökülməsinə həsr olunmuş “Məhəllə” sərgisi ilə bağlıdır. Sərgilənən əsərlərdə tədqiq olunan mövzular belədir: nostaljı, ailə tarixçəsi, əşyaların sosial tərcümeyi-halı, didərginlik, xarabalıq arxeologiyası, yaddaş və xülyalar.

Sərginin müddəti: 26 may – 16 iyun
İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Əlavə məlumat üçün: www.yarat.az, 012 505 1414

Bəyən və paylaş

Rəylər

rəy(lər)