8 Sentyabr 10:02

ARTIM: Moda və incəsənət / Əhməd Nəbiyev

7 – 27 sentyabr tarixlərində ARTIM layihə Məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyev “Moda və incəsənət” adlı silsilə ustad dərslərini təqdim edəcək.

ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala 5)
Qeydiyyat üçün: 0502469292

Məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq.

Məşğələlərin proqramı:
7 sentyabr 16:00 – Moda və onun istiqamətləri. Məşğələdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil ediləcək. Tədbir yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçiriləcək.

https://www.instagram.com/mmmdnofficial/

8 sentyabr 18:00 – “Dəb silueti və kollajlama” ustad dərsi. Məşğələ mühazirə və praktiki hissədən ibarət olacaq. Tədbir zamanı rəng palitrası, eskizin işlənməsi və moda yaradıcılığının əsas məqamlarına toxunulacaq.
13 sentyabr 18:00 – Moda incəsənətdir? Mühazirədə nümunələr üzərində moda tarixi, muzeylər və modanın incəsənətlə əlaqəsindən danışılacaq.
14 sentyabr 18:00 – Sənaye modası. Müzakirə gənc dizayner Anar Skandarla sənaye dizaynı mövzusu ətrafında aparılacaq və bu istiqamətin imkanları haqqında danışılacaq.
20 sentyabr 18:00 – PARCHA brendi əsasında moda sənayesinin problemləri. “Moodboard” kolleksiyası üçün axtarışlar və bu mövzunun problemlərindən danışılacaq.

https://www.instagram.com/parchastudio/

27 sentyabr 18:00 – Moda doğma məkanda. Kolleksiyaçı-dizayner Ruslan Hüseynov milli motivlər və tekstilin yenidən emalı mövzularına toxunacaq. Sonda isə portfoliolara baxış keçiriləcək və sertifikatlar veriləcək.

https://www.instagram.com/ruslan_huseynov_/?igshid=30b8w84ryx3r

Məşğələ və ustad dərslər Rus dilində keçiriləcək.

Əhməd Nəbiyev (d.1999, Bakı) hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Rəngkarlıq” fakültəsinin “Teatr-dekor sənəti” istiqaməti üzrə təhsil alır. O, 2019-cu ildən ARTIM Lab layihəsinin iştirakçısıdır. Qazaxıstan dizayneri Leonid Jerebtsov ilə iş birliyi ona moda sahəsində yüksək nəaliyyət qazandırıb. Hal-hazırda Əhməd yerli brendlərin birində illüstrator-rəssam kimi çalışır, teatrlarda quruluşçu rəssam kimi də fəaliyyət göstərir.

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (“tərəqqi” mənasında) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura proqramından olan beynəlxalq səviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir.

İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Əlavə məlumat: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)