3 İyul 19:29

ARTIM: Nofəl Şahlaroğlu / şeir axşamı

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında nümayiş olan “Dadaş Adna: Love me” sərgisinin paralel proqramı çərçivəsində aktyor Nofəl Şahlaroğlunun ifasında Dadaş Adnanın şeir yaradıcılığını təqdim edir.

9 iyul, saat 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)

Giriş sərbəstdir

ARTIM Layihə Məkanında “Dadaş Adna: Love me” sərgisi çərçivəsində, Adnanın yaxın dostu olmuş aktyor Nofəl Şahlaroğlu ilə şeir axşamı keçiriləcək. Tədbir ərzində N.Şahlaroğlu müəllifin seçmə şeirlərini oxuyacaq, daha sonra isə onların auditoriya ilə müzakirəsini aparacaq.

Dadaş Adnanın şeirləri sərbəst vəzndə yazılıb. Azərbaycan və türk dillərində qələmə aldığı şeirlərində Dadaş gündəlik həyat situasiyalarından, düşüncə və hisslərinindən danışır. Bununla yanaşı şeirlərinin məzmununda müəllifin subyektiv fəlsəfi mövqeyi və sualları yer alır. Adnanın bütün yaradıclığında olduğu kimi, şeirlərində də sevgi hissi yüksəkdir.

“Dadaş Adna: Love me” sərgisi Dadaş Adnanın yaradıcılığının tam spektrini əhatə edərək – fotoqrafiya, video, plakat, şeir və rəsmlərini bir araya gətirir. Çoxlarının onu sosial şəbəkələr vasitəsilə tanımasını nəzərə alaraq, sənətkarın şəxsi həyatı çoxları üçün sirr olaraq qalıb. Əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. “Love me” – onun bu dünyaya olan ismarıcı, çağırışı və ən əsas gözləntisi olaraq, sərginin əsas məğzini təşkil edir.

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalqsəviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir; ikinci məkanın açılması ilə bu təşəbbüslərin daha geniş miqyasda davam etdirmək imkanımızın yaranmasını bildirməkdən böyük qürur hissi duyuruq.

Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
İş saatları: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)