25 Noyabr 18:35

ARTIM: “Periferik genişlənmə” sərgisi / finisaj

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında keçiriləcək “Periferik genişlənmə” sərgisinin bağlanış tədbirinə dəvət edir. Tədbir zamanı, “DanceAbility” İnklüziv Rəqs Şirkətinin “Kekalove” inklüziv geyim startapının əməkdaşlığı ilə birgə yaratdıqları rəqs performansı nümayiş ediləcək.

29 noyabr, 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)

Giriş sərbəstdir

“DanceAbility Azerbaijan” İnklüziv Rəqs Şirkəti xoreoqraf Sərxan Axundovun rəhbərliyi ilə yaradılan “Güvən mənə” rəqs tamaşasını təqdim edəcək. 1987-ci ildə yaradılmış “DanceAbility International” on minlərlə fərdlərin həyatlarına davamlı təsir göstərərək, müxtəlifliyi bayram edən bir dünya qurmağa kömək etmişdir. “DanceAbility International”ın müstəqil filialı kimi “DanceAbility Azerbaijan” İnklüziv Rəqs Şirkəti 2017-ci ildə Nigar Sultanova tərəfindən təsis olunmuşdur.

Təşkilatın əsas missiyası əlilliyi olan və olmayan insanları rəqs/hərəkət çalışmaları vasitəsi ilə bərabər imkanlar yaradaraq bir araya toplamaqdır. Bu missiya böyüklər və uşaqlar üçün dərslər, seminarlar, tamaşalar, müəllim təlimləri və inklüziv rəqs müəllimləri üçün tədris materialları vasitəsilə həyata keçirilir.

Rəqqaslar: Qandaf Əkbərli və Sərxan Axundov
Bədii rəhbər: Nigar İbrahimbəyli
Geyim: Kekalove startap, Rəşidə Əli
Foto: Adil Yusifov

ARTIM Flux haqqında
ARTIM Flux – yaradıcı şəxslərin spesifik layihələrinin həyata keçirilməsində dəstək göstərən platformadır; bu layihələr dəyişiklik və transformasiya məqamlarını araşdırmaqla, statik sərgi konsepsiyasını sual altına qoyan iştirakçı və əməkdaşlıq yanaşmasını təmin edir. Başlıca məqsəd – eksperimentlərin aparılması prosesinin sərgi atmosferi ilə birgə, yaradıcılıq vasitəsilə artan və inkişaf edən canlı orqanizm kimi təqdim edilməsidir.

Bəyən və paylaş