26 İyun 12:43

ARTIM / Rəssamlarla görüş

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında rəssamlar Lesli Conson (İsveç/ABŞ) və Cozefina Poş ilə (İsveç) görüşə dəvət edir.

28 iyun, 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)

Giriş sərbəstdir

Lesli Conson və Cozefina Poş öz təcrübələri, həmçinin onların ilk birgə layihəsi olan, 2018-ci ildə, 3-cü Tiflis Triennalesi çərçivəsində Tiflis və Qori şəhərlərində yaratdıqları və müxtəlif konkret məqamlara əsaslanan “Gücün metamorfozu” adlı əsəri haqqında müzakirə aparacaqlar. Rəssamlar, Qoridə yerləşən köhnə elektrik trolleybus transformator stansiyasından heykəl yaratmışdılar. Bu heykəl ictimaiyyətdə dəyişikliklərin və transformasiya proseslərini vurğulayır. Bina, qədim ipək yolunun günəş yoluna çevrilməsinin təzahürü olaraq külək və günəş enerjisini istifadə etməklə heykəli işıqlandıraraq kölgə və işıq tamaşasına çevrilir.

Tədbir IASPIS – İsveç İncəsənət Qrantlar Komitəsinin və Langmanska Mədəniyyət Fondunun Beynəlxalq İncəsənət və Tətbiqi Sənəti Proqramının dəstəyi ilə keçiriləcək.

Lesli Conson (İsveç/ABŞ ) müxtəlif mövzular və hadisələrə aid təcrübəsini mətn və vizual incəsənətdə fərqli materiallar, texnikalar və metodlar vasitəsilə bölüşür. Onun əsərləri sifariş olunmuş ictimai heykəllərdən tutmuş, açıqcalara qədər müxtəlif ifadə vasitələrini əhatə edir. Yumor onun yaradıcılığının əsas strategiyasıdır. 1989-cu ildən İsveçrədə yaşayaraq, o həmçinin Höteborqda yerləşən Galleri Box qalereyasında daşınmaz əmlak bazarına aid tematik sərgilərin kuratoru kimi çalışır. O, Bohuslan (KKV) Collective Workshop üzvü və Höteborq Universitetin professor və tədqiqatçısıdır.

Cozefina Poş heykəltəraşlığın geniş sahəsində çalışan rəssamdır. Onun konkret hadisələrə əsaslanan təcrübəsi və tədqiqatları ətraf mühit və dayanıqlı inkişaf mövzularına şamil olunur. Bu təcrübə maddi mövzuları araşdırmaqla, heykəltəraşlıq, yeni mediaya və ictimai iş ilə sərhəddə yerləşir. Cozefina Poş Valand Academy Universitetinin aktiv kuratoru, aktivisti və mühazirəçisi, Snowball Cultural Productions təsisçisi və həmçinin İsveç Heykəltəraşlar Assosiyasiyasının üzvüdür.

ARTIM haqqında
YARAT Bakı şəhərində ARTIM layihəsinin məkanlarının genişlənməsini elan etməkdən böyük məmnunluq duyur. Diqqətimizi YARAT missiyasının əsas qayəsini təşkil edən qeyri-kommersiya fəaliyyətimizə yönləndirərək YAY qalereya məkanını şəhər daxilində rəssamlıq təcrübələrinin inkişaf etdirilməsi üçün ixtisaslaşmış ikinci mərkəz kimi istifadə etməyi qərara aldıq.

Azərbaycan dilində “paylaş” mənasını verən YAY qarşımıza qoyduğumuz ölkəmizdə rəssamların incəsənət infrastukturunun təkmilləşdirilməsi öhdəliyinin bir hissəsi kimi 2012-ci ildə təsis edilmişdir. Buradakı incəsənət səhnəsi getdikcə özünü daha çox təsdiqlədiyindən biz indi bu qalareya modelindən kənara çıxaraq həm yerli, həm də beynəlxalqsəviyyəli rəssamların inkişafını və təcrübə keçmələrini təmin etməyə hazır olduğumuzu hiss edirik.

Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalqsəviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçəri Şəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir; ikinci məkanın açılması ilə bu təşəbbüslərin daha geniş miqyasda davam etdirmək imkanımızın yaranmasını bildirməkdən böyük qürur hissi duyuruq.

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala küç.,5
İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)