28 Mart 11:30

Artim: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında “Təcrübə. Düşüncə. Nəticə.” sərgisi çərçivəsində vizual rəssam
Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

Tarix: 2 aprel, 19:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər,
Böyük Qala küç., 30,001 A
Giriş sərbəstdir

Tədbir zamanı internetin gənc nəslə, eləcə də təsviri incəsənətə necə təsir etdiyinə dair müzakirə aparılacaq. Həmçinin qonaqlar, rəssamın son əsərləri və sənətçiləri ilhamlandıran yeni medialar haqqında araşdırmaları ilə daha yaxın tanış olacaqlar.

Bioqrafiya
Qərb Universitetinin Kompüter Texnologiyaları və Dizayn fakültəsini bitirmiş Şəlalə Salamzadə, rəqəmsal dövrün fərdi psixologiyasını, kompüter texnologiyasını və sosial problemlərini araşdırır. Onun gender məsələlərinə yönəlmiş və rəssamın sosial fikirlərini əks etdirən “Feniks” instalyasiyası YAY Qalereyasında “Üfun, var zənn etdiyin yoxdur aləmdə, Üfun, hər nə yoxsa, vardır dünyada…” adlı qrup sərgisində nümayiş etdirilmişdir.

Sərginin müddəti: 7 mart – 5 aprel
İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Əlavə məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)