29 İyul 12:07

ARTIM Shots: Underground musiqisi

YARAT Müasir İncəsənət Məkanı taf LAB ilə birgə ARTIM Shots layihəsi çərçivəsində, yerli artistlər Aliot, Rashad və hrmn.live iştirakı ilə sizi ARTIM Layihə Məkanında andeqraund musiqi axşamına dəvət edir. Tədbir zamanı üç fərqli janrda ifalar nəzərdə tutulub.

3 avqust, 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala, 5)

Giriş sərbəstdir

Aliot:
Səhnə adı Aliot olan yerli musiqiçi əsasən proqressiv və melodik janrlarda ifa edir. DJ Leila n Marek və Valentino Pancake kimi musiqiçilərlə bir səhnəni paylaşıb.

https://soundcloud.com/afshar-ali-zadeh

Rashad:
Hal-hazırda Sintetik rezidenti olan DJ Rashad Yuri Rets, forest və oz-mun kimi musiqiçilərlə birgə səhnədə çıxış edib.

https://soundcloud.com/rashad24hour

hrmn.live:
Polad Hacıyev yeni yerli musiqiçilərdən biridir, əsasən melodic house janrında ifa edir.

https://soundcloud.com/hrmnlive

taf LAB
taf LAB andeqraund musiqi tədbirlərin təşkilatçısı, əsasən, yerli və xarici musiqiçilərin iştirakı ilə tədbirlər təşkil edir. Qısa fəaliyyət dövründə maraqla qarşılanan layihənin əsas hədəfi elektron musiqi janrlarının propaqandasıdır.

ARTIM
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura proqramından olan beynəlxalqsəviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir; ikinci məkanın açılması ilə bu təşəbbüslərin daha geniş miqyasda davam etdirmək imkanımızın yaranmasını bildirməkdən böyük qürur hissi duyuruq.

ARTIM Shots – müxtəlif müzakirələr, seminarlar, video nümayişləri, performanslar, konsertlər və ya digər yaradıcı tədbirlər vasitəsilə tənqidi icmal, kollektiv müzakirələr və fikir mübadiləsi aparmaq üçün məkan təklif edən, “qəfil” tədbirlərdir.

Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
İş saatları: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat üçün: www.yarat.az;

Bəyən və paylaş

Rəylər

rəy(lər)