4 Noyabr 18:39

“Artkino” qısametrajlı müəllif filmləri festivalı

YARAT Müasir İncəsənət Məkanı “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı çərçivəsində keçiriləcək növbəti qısametrajlı filmlərin nümayişlərinə dəvət edir.
Nümayişlər ərzində ilin ən yaxşı qısametrajlı filmi üçün tamaşaçı səsverməsi keçiriləcək. Səsvermənin nəticələrinə əsasən növbəti festivalın açılışında qısametrajlı kino sahəsində Ümumrusiya Mükafatı təqdim olunacaq.

“Artkino” Qısametrajlı Filmlər Festivalı, Rusiyada qısametrajlı film festivallarının ən iri miqyaslısıdır.

6 noyabr tarixində, biz “Yay” kinoalmanaxını seyr edəcəyik:
Proqram:
1. “Görüş” (rejissor Fatimə Zoloyeva)
Xronometraj: 28 dəq. 44 san.
Taleyin oyunları insanları bir-birindən nə qədər uzaqlaşdırır. İllər keçir. Həyat davam edir. Yalnız bir təsadüfi görüş, ildırım kimi, baş verən hər şeyin üzərindən xətt çəkir…

2. “Rüşvət” (rejissor Aleksey Xaritonov)
Xronometraj: 12 dəq. 17 san.
Bir vətəndaş rüşvətxorluq üzrə cinayət işinin bağlanması üçün müstəntiqə rüşvət təklif edir. Lakin gözlənilməyən hadisələr baş verir…

3. “Ata” (rejissor Timur Kvekveskiri)
Xronometraj: 28 dəq. 44 san.
Qafqazın mənzərəli dağlarının fonunda cərəyan edən, hikmət, əxlaq, kişi əmmələri və qan davası haqqında hekayə.

4. “Qanadlar” (rejissor Zurab Cicilava)
Xronometraj: 14 dəq. 10 san.
Çökən Sovet İttifaqının səmasında baş verən drama. Bu dramın əsas süjet xətti iki qadının toqquşmasıdır.

5. “Pozitiv düşün” (rejissor İrina Xodüş)
Xronometraj: 15 dəq.
Rusiyada, itlərin saxlanmasına vergi tətbiq olundu. Ödəməyənlərin axtarışı ilə zoomüfəttişlər məşğuldurlar. Raisa – şəhərin ən yaxşı müfəttişidir, öz peşəsinə həddindən artıq aşiqdir. Lakin bu amil, onu peşəkar deformasiyaya gətirib-çıxarır və özünün şəxsi həyatını qurmağa mane olur.

6. “Yaxşı gün” (rejissor Daşa Çaruşa)
Xronometraj: 18 dəq. 9 san.
Orta Asiyalı gənc sürücü Əbdülün bütün problemləri, hamilə Lenanın onun taksisinə mindikdən sonra, arxa plana çəkilir.

Proqramın xronometrajı: 1 saat 33 dəq.

Filmllər Rus dilində nümayiş olunacaqlar

Tarix: 6 Noyabr, 19:00
Məkan: YARAT Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)