7 İyul 20:11

ArtYoqa / Mr.Happy ilə yoqa dərsləri / YARAT Mərkəzi

Qısa fasilədən sonra YARAT Müasir İncəsənət Məkanı sizi yenidən Yoqa dərslərinə dəvət edir!

Bu cümə iyulun 8-i sizlərə qeyri-adi Yoqa dərsi Səid İsmayılzadə (Mr.Happy) tərəfindən təqdim olunacaq.
Xüsusi beynəlxalq müəllimlik kursunu bitirən, stress əleyhinə kurs və mütəmadi yoqa dərsliri keçirən Mister Happy ilə maraqlı və faydalı YOQA DƏRSLƏRİNİ qaçırmayın! Təlimlərdə 18 yaşından yuxarı olan hər kəs iştirak edə bilər.

Yoqa və yoqanın xeyri nədir? Bu və digər sualların cavablarını öz təcrübənizdə hiss etmək imkanınız var. Dərs zamanı iştirakçılar beyni rahatlamaq üçün meditasiya texnikası, bədəni rahatlamaq üçün asan yoqa duruşlar və fiziki hərəkətlər, beyinlə bədən arasında balans yaratmaq üçün tənəffüs texnikası və xüsusi musiqili dincəlmə texnikası ilə tanış olacaqlar. Gəlin, özünüz sınayın

Giriş sərbəstdir,
8 Iyul, 2016
saat 18:00

Bəyən və paylaş

Rəylər

rəy(lər)