“Bank Respublika” ASC “Arxiv işi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Məlumatların sistemə işlənməsi;
- Sənədlərin skan edilərək sistemə toplanması;
- Hər il arxivə təhvil verilən və məhv edilən sənədlərin seçimini aparmaq;
- Arxivləşdirilmiş sənədlərin qorunub saxlanmasına nəzarət etmək.
- Təhsil: Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Microsoft Office proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- İş yeri - Bankın Masazır qəsəbəsində yerləşən arxiv şöbəsidir;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur