13 Fevral 09:29

“ASAN Könüllüləri” Təşkilatı ASAN Məktub layihəsi çərçivəsində kitab aksiyasına start verir

“ASAN Könüllüləri” Təşkilatı ASAN Məktub layihəsi çərçivəsində kitab aksiyasına start verir.  Öz kitabını hədiyyə edərək hər kəs  bu aksiyaya qoşula bilər. Qeyd edək ki, aksiyaya dəstək olan şəxslərdən toplanmış bu kitablar ucqar rayonlarda yaşayan azyaşlı vətəndaşlarımıza paylanacaq.

Bildirək ki, sözügedən ərazilərdə kitabxanalar, vətəndaşların maariflənməsi üçün oxu köşkləri bir qədər məhduddur. Aksiyanın  əsas məqsədi toplanmış kitabları ucqar rayonlarda yaşyan balaca fidanlarımıza hədiyyə etməklə onların maariflənməsinə az da olsa töhfə verməkdir. Unutmayaq ki, uşaqlar ölkəmizin gələcəyidir. Onların dünyagörüşü, savadı vətənimizin gələcəyinə yatıra biləcəyimiz ən böyük investisiyadır.

Əgər siz də aksiyaya qoşularaq ölkəmizdə geniş dünyagörüşlü, savadlı gənclərin artmasına öz töhfənizi vermək istəyirsinizsə, istənilən  “ASAN xidmət” mərkəzində müvafiq köşklərə yaxınlaşa və öz kitablarınızı hədiyyə edə bilərsiniz.

67f1f323-005a-4de6-a162-687bebec53e3 07503214-c58c-4ade-bcf9-69f6eb0ca02e c10c43a1-f861-4c92-a15f-3582c4d7ce9e

Bəyən və paylaş

Rəylər

rəy(lər)