29 Oktyabr 12:35

ASAN könüllüləri SOCAR-da təcrübəyə cəlb olunacaqlar

21 oktyabr tarixində Vətəndaşlara Xİdmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SOCAR arasında imzalanmış “Əməkdaşlıq Sazişi”nə əsasən ASAN könüllüləri “Master 2” pilləsi çərçivəsində SOCAR-da təcrübəyə cəlb olunacaqlar.

Namizədlər SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmək imkanından yararlana biləcəklər. Həmçinin SOCAR-ın təcrübəli mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə iştirak etmək, iş prosesi ilə yaxından tanış olmaq üçün fürsət qazanacaqlar.

Bunun üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyətini başa vurmuş könüllülərimiz “inzibati menecment” istiqamətini seçərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün: http://konullu.asanschool.az/master2.php

Bəyən və paylaş

Rəylər

rəy(lər)