“ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Diplomatiya Könüllülərinin tərəfdaşlığı ilə “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsinə start verilir!

“ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini konstruktiv şəkildə ifadə edə biləcək gənclər şəbəkəsinin formalaşdırılmasına dəstək vermək, diplomatik fəaliyyətin gənclərə aşılanması, onların siyasi biliklərinin artırılması, sərbəst diskussiya və natiqlik bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, 6 həftə onlayn formatda təşkili nəzərdə tutulan layihədə müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və təcrübəli ekspertlərlə gənclərin görüşləri təşkil ediləcəkdir. Həmçinin layihə çərçivəsində iştirakçıların müxtəlif fəaliyyətlərə cəlb edilərək öz nəzəri biliklərini təkmilləşdirmələrinə, peşəkarların təcrübələrindən faydalanmalarına şərait yaradılacaqdır.

Qeydiyyat linki: https://bit.ly/3wKQfKQ

Son qeydiyyat tarixi: 15 aprel, 21:00

Bir cavab yazın

Back to top button