ASAN Təlim-Tədris Mərkəzində Təcrübə İmkanı

ASAN Təlim-Tədris Mərkəzi kreativ, bacarıqlı, yenilikçi, komanda ilə işləməkdən zövq alan, məqsədyönlü gəncləri təlimçi kimi inkişaf etdirmək və bu sahə üzrə uğur qazanmaqları üçün TOT (“Training of Trainers”) Təlim-Təcrübə Proqramını elan edir!

Proqram May ayından başlayacaq və 3 ay müddətində davam edəcək.

Məqsədimiz gənclərə “təlimçi necə olmalıdır?” sualına cavab tapa biləcəkləri təcrübi və praktiki təlimlər keçərək, bu sahə üzrə uğur qazanmaqlarına və proqramın sonunda təlimçi kimi özlərini sınamaqlarına dəstək olmaqdır.

Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaqdır.

Namizədlər üçün əsas tələblər:
– Magistratura və ya ASAN School Könüllülük proqramının Master 2 pilləsinin məzunu olmalı;
– Bakalavr və ya magitr təhsilini psixlogiya, idarəetmə, sosiologiya və ya iqtisadiyyat ixtisasları üzrə bitirməli;
– Azərbaycan dilini mükəmməl bilməli
– İngilis dilini yaxşı bilməli;
– MS Office (Word, Excel, Power Point və s.) proqramlarında işləməyi bacarmalı;
– Məsuliyyətli, nizamlı, dəqiq olmalı, komanda ilə işləməyi bacaramalı, şəxsi inkişafına önəm verməli;
– Daim yenilikləri araşdıran, dinamik və eyni zamanda yenilikləri tətbiq etməyi bacaran olmalı.

Qeydiyyatdan keçməyə tələsin! Yerlər məhduddur.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

LİNK

Son qeydiyyat tarixi: 30.04.2017
Əlavə məlumat üçün : [email protected]

Bir cavab yazın

Back to top button