19 Dekabr 11:13

“Ata” filmi / Davit Pirtsxalava (Gürcüstan)

ATA (Gürcüstan, 2015, 24 dəq.)
Rejissor: Davit Pirtsxalava

YARAT Müasir İncəsənət Mərkəzi təqdim edir: Rejissor Davit Pirtsxalavanın “Ata” filmi.

19 yaşlı Ladonun atası uzun sürən ayrılıqdan sonra evə qayıdır. Gənc oğlan ondan beynində çoxdan toplanmış suallara cavab tapmağa çalışır, ancaq əbəs. Bir müddətdən sonra atası yenidən qeyb olur və Lado qardaşı ilə əvvəlki kriminal həyatına qayıdır…

Aktyor heyəti: Sandro Kalandadze, Mamuka Kiladze, Vaxo Çaçanidze, Məryəm Maqlaparidze, Zviad Pirtsxalava.

Film Lokarnoda keçirilmiş 68-ci kino festivalının rəsmi proqramına daxil edilmişdir.

Film ingilis altyazısı ilə gürcü dilində nümayiş olunacaq.

Giriş sərbəstdir.
Tarix: 20 dekabr, 2016
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Bəyən və paylaş