Ata olmağa hazırlaşan şəxslər və gənc ataların nəzərinə!

Ata olmağa hazırlaşan şəxslər və gənc ataların nəzərinə! 23 Noyabr tarixində Gəncədə və 24 Noyabr tarixində Qazaxda layihədə iştirak etməkdə maraqlı olan şəxlər üçün ""Atalar Məktəbi"" layihəsi haqqında məlumat sessiyası təşkil olunacaqdır. Həm layihənin fasilitatorları həm də təşkilatçıları məlumat sessiyası zamanı layihənin əsas məqsədi və gözlənilən nəticələri haqqında maraqlı şəxslərə geniş məlumat verəcəkdir. Ətrafınızda tanıdığınız gənc atalar varsa xahiş edirəm ki, onların cəlb olunmasında bizim komandamıza dəstək olasınız. Gəncə şəhərində keçiriləcək məlumat sessiyasının ünvanı: Gəncə Gənclər Evi Qazax rayonunda keçiriləcək məlumat sessiyasının ünvanı: Qazax Rayon Ədəbiyyat Müzeyi. Saat: 17:45 (hər iki sessiyanın başlama vaxtı). Layihə haqqında detallaı məlumat: Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Gender Hub Azerbaijan tərəfindən “Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsi həyata keçiriləcək. Layihənin gedişatında 3 fərqli regionda (Bakı, Gəncə, Qazax) baş tutacaq seminarların əsas məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan oturuşmuş davranış normalarını və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir. Layihədə kimlər iştirak edə bilər: • 21- 36 yaş arası, ata olmağa hazırlaşan şəxslər və gənc atalar; • Məsuliyyətli atalıq konsepsiyasını öyrənməyə motivasiyalı şəxslər; • Bakı, Gəncə və Qazax rayonlarında yaşayan gənc atalar. Əgər sən də məsuliyyətli atalıq konsepsiyasını daha dərindən öyrənərək övladınla birgə daha keyfiyyətli vaxt keçirmək istəyirsənsə, bu layihə sənin üçündür. Qeydiyyat üçün link:https://forms.gle/3jff4JPt7hUwDt5Z6 Son qeydiyyat tarixi: 28 Noyabr/2021 İŞTİRAK ÖDƏNİŞSİZDİR.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az