atb bankın Rauf Əliyev adına təqaüd proqramı

ATB tərəfindən tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil üzrə göstəriciləri yüksək olan tələbələr üçün, Vətən müharibəsində şəhid olmuş həmkarımızRauf Əliyevinxatirəsinə xüsusi təqaüd təsis edilmişdir. Bu sosial proqramda informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, aztəminatlı ailənin üzvü olan, çalışqan,2-ci və 3-cükurs tələbələri iştirak edə bilər. Proqramda iştirak etmək niyətində olan tələbələr aşağıda qeyd edilən məlumatları təqdim etməklə iştirak üçün müraciət edə bilərlər.
  • Tələbəninadı soyadı və atasınınadı, ş/v məlumatları
  • Tələbənin qeydiyyatda olduğuvə faktiki ünvanı
  • Təhsil aldığı universitet, ixtisas və kurs barədə məlumat
  • Son 2 semestr üzrə yüksək qiymətləri (minimum 80 bal) təsdiq edən sənəd
  • Tələbə ilə əlaqə vasitəsi (telefon və e-mail)
  • Tələbə tərəfindən proqramda iştirak səbəbini bildirən kiçik (1 səhifəlik) müraciət
  • İnformasiya Texnologiyaları sahəsində tələbəlik dövründə hazırlamış olduğunuz məhsul barədə məlumat
Proqram çərçivəsində ali məktəbin və ATB nümayəndələrinin birgə iştirakı ilə seçilən tələbələrə 2022-ci ili əhatə edən tədris dövrü üzrə hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd veriləcəkdir. Müraciətlər31 yanvaradəkqəbul edilir Müraciət et
  __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az