30 Aprel 15:33

Atena Şirkəti   “Gənc Talant”   proqramı təşkil edir

Regionda təhsil alırsız və ya yaşayırsız??? İş həyatının başlanğıcında seçim qarşısındasızsa, Atena Şirkəti Sizə sevdiyiniz işi tapmaq üçün fürsət yaradıb.

 

Süd məhsulları istehsalçısı  Atena Şirkəti   “Gənc Talant”   proqramı təşkil edir. “Talantlar”  komandasına  yeni məzun olmuş gənclər, sonuncu kurs tələbələri və karyerasını FMCG sahəsində qurmaq istəyən ali təhsilli həvəslilər dəvət edilir.   

 

Biz         komanda üzvünü axtarırıq:

 

  • Potensiallı
  • Öyrənməyə həvəsli
  • Fərqli məkan və iş şəraitində işləməyi sevən 
  • Dəqiq/diqqətli
  • Kreativ
  • Office proqramlarından rahatlıqla istifadə edən
  • Beyləqan, İmişli, Ağcabədi, Gəncə və ətraf bölgədən olan

Komandaya dəvət alan könüllü

  • Müasir avadanlıqlarla tam avtomatlaşdırılmış zavodda təcrübə
  • Sertifikat
  • Tövsiyyə məktubu
  • İşə qəbul imkanı

Qazanır.

 

 Məkan: Ağcabədi, Atena Süd zavodu.

                                                                                                                                            Bölüm: istehsal və  arxa ofis

Şərtlər: nahar və yaşayış yeri ilə təminat

  

  • Əgər sizin  Qida  məhsulları  mühəndisliyi, Logistika, Sistem mühəndisliyi, Avtomatika, Mühasibatlıq, Təchizat və İnsan Resursları sahəsinə marağınız varsa və    bu ixtisasların məzun və tələbələrsizsə,  müraciətlərinizi     15.05.2019-cu il tarixinədək    cv@atena.az     ünvanına göndərə bilərsiz.
Bəyən və paylaş

Rəylər

rəy(lər)