17 Noyabr 14:57

ATGTİ “Uşaqlar üçün toxu” adlı sosial yönümlü aksiyaya start verir

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Uşaqlar üçün toxu” sosial yönümlü aksiyaya start verilir.

Aksiyanın keçirilməsində məqsəd uşaq evlərində yaşayan balacaları sevindirmək və uşaqları daim olaraq ictimaiyyətin diqqətində saxlamaqdır. Gənclər bu aksiyaya dəstək vermək üçün hazırladıqları əl işlərini layihə təşkilatçılarına təqdim edə və ya layihə çərçivəsində fəaliyyət göstərən pulsuz toxuma dərslərində iştirak edərək toxuduqları əl işlərini uşaqlara bağışlaya bilərlər.

Aksiyada uşaqların sevinməsində pay sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Aksiya çərçivəsində keçiriləcək toxuma dərsləri pulsuzdur və lazım olan toxuculuq ləvazimatları layihə təşkilatçıları tərəfindən təmin olunur.

Dərslər həftənin şənbə və bazar günləri 12:00-dan 14:00-a qədər keçiriləcək. Gənclər dərslərə qeydiyyatdan keçərək qatıla bilərlər.

Aksiyaya hazır toxuma işləri ilə dəstək olmaq istəyən hər kəs həftə içi hər gün (şənbə günü daxil olmaqla) saat 11:00-dan 18:00-dək öz toxuma işlərini ATGTİ-nin qərargahına təqdim edə bilərlər.

Qeydiyyat forması: 

Son müraciət tarixi: 30 noyabr 2016-cı il

Bəyən və paylaş

Rəylər

rəy(lər)