ATMU-da dil mərkəzlərində tədbirlər keçirilib

17.12.2015-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin Dil mərkəzində alman dili müəllimi Mareike Rump  və  Abbas Abbasovun təşkilatçılığı ilə universitet  tələbələri üçün Yeni il- bayram tədbiri təşkil olunub. Bayram şənliyində alman dilində mahnılar oxunub, şeirlər söylənilib,əyləncəli oyun və yarışlar keçirilib.

24 dekabr 2015-ci il tarixində isə  Dil mərkəzində fransız dili müəllimi Ülkər Həsənovanın tələbələrlə birlikdə  hazırladığı bayram tədbiri keçirilib. Bayram şənliyinin proqramına tələbələrin ifasında fransız dilində mahnılar,şeirlər,əyləncəli oyunlar daxil edilib.

Bir cavab yazın

Back to top button