18 Mart 07:36

ATMU-nun rektoru İtaliyanın Florensiya şəhərində keçirilən 18-ci Beynəlxalq Baş Assambleyada iştirak edib

Azərbaycan Turizm və Menecment Universitetinin  (ATMU) rektoru tarix elmləri  doktoru, professor Cəfər Cəfərov  12-13 mart 2016 – cı il tarixlərində İtaliya Respublikasının Florensiya şəhərində Romualdo Del Blanko Fondu  tərəfindən təşkil olunan 18 – ci Beynəlxalq Baş Assambleyada iştirak edib. “Ərazi İnkişafı naminə Mədəniyyətlərarası Dialoq üçün Təlim İcmaları” adlanan tədbirdə rektor Cəfər Cəfərovun “ Azərbaycanda turizm və mədəniyyət, xüsusilə qeyri-maddi mədəni irsin qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunan geniş məruzəsi iştirakçılat tərəfindən maraqla qarşılanıb.

Dünyanın 31 ölkəsindən fərqli beynəlxalq təşkilat nümayəndələri “Ərazi İnkişafı naminə Mədəniyyətlərarası Dialoq üçün Təlim İcmaları” adlanan tədbirin gündəliyində yer alan mövzular konteksində mövcud mədəni və elmi əlaqələrin qurulması, universitetlərlə əməkdaşlığın yaradılması və əhəmiyyəti mövzusunda da detallı müzakirələr aparıblar.

ATMU-nun mətbuat xidmətinin məlumatında daha sonra qeyd olunur ki, Romualdo Del Bianko Fondu 1998 – ci ildən fəaliyyət göstərir. Dünyada mədəni irsin və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı layihələrin uğurlu həllində maraqlıdır. Adı qeyd edilən təşkilatda 60 ölkədən təxminən 450 nəfər üzvlük ststatusundadır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)