ATMU tələbələrinin uğuru

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri Rüfət Mirfeyzullazadə, Nərmin Məmmədova, Güldanə Dadaşova, Anastasiya Pavlotskaya, Natavan Rzayeva və Ruslan Əlizadə Bakı şəhərində “Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi tərəfindən təşkil olunan “Dördüncü Milli Seçki Konfransı” sessiyasında uğurla iştirak ediblər.

Ali təhsil ocağının tələbələrindən Anastasiya Pavlotskaya və Rüfət Mirfeyzullazadə 125 gənc arasında xüsusi ilə fərqlənərək 2016-cı ildə Dublində keçiriləcək 81-ci və Rendə keçiriləcək 82-ci Beynəlxalq Sessiyalarda Azərbaycanı təmsil etmək hüququ qazanıblar.

Tədbir çərçivəsində ATMU-nin 2-ci kurs tələbəsi Rüfət Mirfeyzullazadə xarici qonaqlar üçün Qobustan turu təşkil edib.

Qeyd etmək lazımdır ki, Avropa Gənclər Parlamenti hər il Avropanın 41 ölkəsində 30 mindən çox gəncin iştirakı ilə 350-dən çox regional, beynəlxalq və yerli tədbirə imza atır.

 

Bir cavab yazın

Back to top button