“Auditoriyada liderlik” təlimləri

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Müəllim İnkişafı Mərkəzininin birgə əməkdaşlığı ilə təşkil olunan “Auditoriyada liderlik” təlimlərinə dəvət edirik!

Müasir cəmiyyətimizin inkişafında və uğur qazanaraq gələcəyə addımlamasında önəmli rolu müəllimlər oynayırlar.

Hal – hazırkı dövrdə inkişaf edərək iş dünyasında önəmli yerlərə sahib olan insanlar müəllimlərinin əməyi sayəsində bu bacarıq və biliklərə yiyələniblər. XXI əsr təhsil təfəkkürünə istinad etsək gələcək pedaqoqlarımızın liderlik bacarıqlarına sahib olmaqları və auditoriyada bir müəllimdən əlavə bir lider kimi çıxış etməsi vacib amildir.

*

Bu səbəbdən də qeyri – formal təhsil formasına əsaslanaraq gənc pedaqoqlarımıza bu bacarığa yiyələnərək peşəkarlaşmağa şans qazandıracağıq.

Təlimdə iştirak hüququnu qazanmaq üçün ilk öncə qeydiyyatdan keçərək, növbəti mərhələyə, müsahibəyə dəvət olunacaqdır.

Qeyd: Təlimlərdə yalnız yuxarı kurs tələbələri iştirak edə bilər!

Qeydiyyat forması: http://goo.gl/forms/LM90MxEjR7

Son müraciət tarixi: 28 aprel 2016-cı il


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close