“Autizm Könüllüləri” layihəsinə qeydiyyat başladı

PAŞA Holding-in maliyə dəstəyi ilə Birgə və Sağlam İctimai Birliyi “Autizm Könüllüləri” layihəsinə start verir. Layihə çərçivəsində gələcək kariyerasını autizmli fərdlərlə işləmək üzrə qurmaq istəyən gənc könüllülərin cəlb edilməsi nəzərdə tutulur. Layihədə iştirak edəcək könüllülər təlim və praktik təcrübə ilə yanaşı müxtəlif qurumlarda könüllülük fəaliyyəti həyata keçirə biləcək bacaraqlara sahib olacaqlar.

Layihədə iştirak etmək istəyən könüllərin CV-lərini [email protected] adresinə göndərmələri xahiş olunur. CV-lər qiymətləndirildikdən sonra layihədə iştirak etməyə haqq qazananlara əlavə məlumat veriləcəkdir.

Bir cavab yazın

Back to top button