3 İyul 14:19

“Autizm və uşaqlarda olan digər psixoloji pozuntular” adlı seminar keçiriləcək

Əziz dostlar!

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının növbəti seminarına dəvətlisiniz!

ABŞ məzunlari ilə iş çərçivəsində keçirilən “Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının 3 iyulda baş tutacaq seminarının mövzusu “Autizm və uşaqlarda olan digər psixoloji pozuntular” olacaq.

Seminar ərzində müzakirə olunacaq:

– Davranış pozuntusu
– Hiperaktivlik və diqqət əksikliyi (HDƏP)
– Koqnitiv / Zəka problemləri
– Autizmin spektr problemləri
– Uşaqlarda qorxular
– Uşaqlarda aqressiya

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı Azərbaycanda və post-sovet ölkələrində hələ geniş yayılmayan Fəlsəfi Terapiya istiqamətində aparılan maarifləndirici proqramdır.

Proqramın aparıcıları:

Elmir Əkbər – psixoterapevt, psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun məzunu və Azərbaycanda nümayəndəsi və koordinatoru, ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership Program ) proqramının, Vyana (Avstriya) Psixoterapiya və Moskva Psixoanaliz İnstitutlarının məzunu

Kəmalə Cəfərova – Klinik uşaq psixoloqu. Bakı Ali Qızlar Universitetinin Pedaqogika və psixologiya fakültəsini bitirmiş, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun Klinik Psixologiya ixtisası üzrə təhsil almış və bununla bərabər bir çox psixoloji təlim, konfranslarda iştirak etmişdir. 2007 – 2019 illər ərzində Bakı Dövlət Sosial İqtisad kollecində psixoloq və pedaqoq olaraq fəaliyyət göstərmişdir.

Seminarda iştirak TAMAMİLƏ ÖDƏNİŞSİZDİR.

Qeydiyyatdan keçmək üçün: https://forms.gle/QBaqnqotULpJkfJ39

🗓 3 iyul
🕠 17:00
📍 R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
☎️ (012) 441 36 80 / 441 22 79 (daxili – 124)
📧 [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)