7 Avqust 14:44

Avirtel MMC “Maliyyə üzrə təcrübə” proqramı elan edir!

Avirtel MMC “Maliyyə üzrə təcrübə” programı elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə , ən əsası isə Avirtel komandasının fəal üzvünə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Tələblər:

Maliyyə, mühasibat uçotu sahəsində ən azı natamam ali təhsil
MS Office (xüsusillə Microsoft Excel).
Dil bilikləri:Azərbaycan dili – əla, rus və ingilis dillərini bilmək üstünlükdür;
Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Biz nə vəd edirik: Gənc və enerjili işçi kollektivi
Rahat ofis şəraiti
Peşənizə uyğun, həmçinin digər sahələr üzrə təlim, seminar və konfranslarda  iştirak imkanı
Sertifikat və tövsiyə məktubu

Təcrübə müddəti : 3 ay
Təcrübə müddətini uğurla keçmiş təcrübəçilər Şirkətdə vakansiya yarandığı təqdirdə işlə təmin olunacaqlar. Və ya gələcəkdə yaranan vakansiyalarda ilkin olaraq nəzərə alınacaqlar.
Əgər karyeranızı maliyyə sahəsində qurmaq istəyirsinizsə o zaman CV-lərinizi    [email protected]  elektron ünvanına mövzu hissəsində “Maliyyə üzrə təcrübə”  qeyd etməklə göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)