Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran Şəhərində Yerləşən Ofisində Təcrübə Proqramı

AVRASİYA ƏMƏKDAŞLIQ FONDU LƏNKƏRAN ŞƏHƏRİNDƏ YERLƏŞƏN OFİSİNDƏ TƏCRÜBƏ PROQRAMINA MÜRACİƏT QƏBULUNU ELAN EDİR!

Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AqroViziya” layihəsinə start vermişdir. Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi/ekoloji dayanıqlığı özündə birləşdirən aqrar turizm/ekoturizmi inkişaf etdirməyə yönəlmişdir. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək.

Layihə müddəti ərzində Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramı keçiriləcəkdir. Təcrübəçilər nəzarətçinin tələbinə uyğun olaraq idarəetmə, icma ilə iş, kommunikasiya və digər sahələrə cəlb olunacaqlar. Seçilmiş təcrübəçilərdən həftədə 20 saat işləməsi tələb olunur. Təcrübəçilərin seçimi üçün nəzərdə tutulmuş tələblər aşağıdakılardır:

Ali təhsilli və ya bakalavr pilləsində sonuncu kurs tələbəsi olmalı;
Vaxtın düzgün idarə edilməsi bacarığı və eyni anda müxtəlif tapşırıqları yerinə yetirə bilmə qabiliyyəti;
Yeni biliklər öyrənmək və komanda şəklində işləmək istəyi;
Təlimatlara əməl etmək və problemləri həll etmək bacarığı;
Azərbaycan və İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
Microsoft Ofis proqramları və internetlə işləmə bacarığı.
Maraqlanan namizədlərdən keçmiş fəaliyyətlərini, təcrübələrini və bu təcrübə proqramı ilə maraqlanma səbəblərini əks etdirən istək məktubunu və CV-lərini 15 sentyabr 2020-ci il tarixinədək [email protected] ünvanına göndərmələri tələb olunur.

Bir cavab yazın

Back to top button