7 Noyabr 06:54

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

ELSA Azərbaycanın əsas fəaliyyət sahələrindən biri olan Səhnələşdirilmiş Məhkəmə Prosesinə artıq start verilmişdir. Bu akademik yarımil il ərzində növbəti yenilik ondan ibarətdir ki, artıq Avropa İnsan Hüquqları Məhkəməsinin simulyasiyası keçiriləcəkdir. Üzvlər arasında aparılmış sorğuya əsasən yarışma Azərbaycan dilində baş tutacaq. Bu yarışma hüquq tələbələrinin məhkəmə prosesində çıxış etmə vərdişlərini inkişaf etdirmək üçün hazırlıqlı olmasına şərait yaradacaq, tələbələr arasında natiqlik, araşdırma və analiz etmə qabiliyyətinin güclənməsinə, qanunvericilik normasını tədbiq etmələrinə imkan verəcəkdir. Belə ki, bu yarışma sayəsində tələbələr təkcə yerli qanunvericiliyi araşdırmaqla qalmayacaq, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərdən keçirib, onları təhlil və analiz etmək, yerli qanunvericiliklə AİHM-nin presedent hüququnun uzlaşmasını və müqayisəini aparmaq imkanı əldə edəcəklər. Həmçinin bu yarışmada iştirak edən tələbələr Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə prosesinin hansı prosedur çərçivəsində gedtiyini və qərarlarını hansı meyar və əsaslara görə qəbul edildiyini mənimsəmiş olacaqlar.

Yarışma cədvəldə göstərilmiş tarixləri əhatə edəcəkdir.

C Ə D V Ə L

05.10.2015 – Yarışmanın elan olunması
15.11.2015 – Qeydiyyat üçün son tarix
25.11.2015 – Komandaların müsahibəsi. İştirak hüququ qazanmış komandaların elanı.
01.12.2015 – Komandalara qaydaların izah olunması və keyslərin verilməsi.
05.12.2015 – 1/8 final. Ən yaxşı 8 komandanı müəyyən olunması
06.12.2015 – 1/4 final. Ən yaxşı 4 komandanın müəyyən olunması.
12.12.2015 – 1/2 final. Ən yaxşı 2 komandanın müəyyən olunması.
13.12.2015 – Final. Qaliblərin elan olunması. Bağlanış mərasimi.

Hər hansı sualınız olsa [email protected]org ünvanına müraciət edə bilərsiz

Uğurlar!

Q E Y D İ Y Y A T

Qeydiyyat üçün son tarix – 15.11.2015. Aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
http://goo.gl/forms/cHKTVzoIwy

Bəyən və paylaş

Rəylər

rəy(lər)