13 Dekabr 11:35

Avropa Liqası Final 2019-un Könüllülük proqramına start verilir

Bu gündən etibarən Avropa Liqası Final 2019-un Könüllülük proqramına start verilir.
Bununla əlaqədar ilk tədbir bu gün Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi təqdimatla başlanacaq. Ümumilikdə 13-25 dekabr tarixləri arasında 12 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük proqramının təqdimatı təşkil olunacaq.
Avropa Liqası Final 2019-un təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1300 könüllü çalışacaq.
Könüllü olmaq istəyən şəxslər ilkin olaraq, 13 dekabr – 31 yanvar tarixləri arasında, https://finalbaku2019.az/volunteers linkinə daxil olaraq müraciət ərizəsini doldurmalıdır. Ərizə formasını doldurmuş şəxslər 6 yanvar – 28 fevral tarixləri arasında Avropa Liqası Final 2019-un Könüllü komandası tərəfindən müsahibəyə dəvət olunacaq. Seçiləcək könüllülər üçün aprelin 1-dən etibarən təlimlərə start veriləcək. 1 ay müddətini əhatə edəcək təlimlərdən sonra könüllülər final oyununun təşkili ilə bağlı müvafiq şöbələrdə fəaliyyətə başlayacaq.
Könüllülük proqramına qoşulmaq üçün yalnız Azərbaycandan deyil, digər ölkələrdən də müraciətlər qəbul oluna bilər.
Bəyən və paylaş

Rəylər

rəy(lər)