Avropa Pul Viktorinasına qeydiyyat başlamışdır!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Banklar Federasiyasının birgə təşkilatçılığı ilə 7 aprel 2022-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası”nın milli mərhələsinin seçim turu keçiriləcəkdir. “Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasındamaliyyə savadlılığıüzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn 2 nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaqdır. İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir. Həmçinin pandemiya ilə əlaqədar şərtlər uyğun olacağı təqdirdə Avropa finalında qalib gələn məktəblilərin 2022-ci ilin yayında Brüselə səyahəti də planlaşdırılır. Əvvəlki illərin sualları ilə bu linkdən:https://www.ebf.eu/europeanmoneyquiz/practice/tanış ola bilərsiniz. Həmçinin maliyyə savadlılığı ilə bağlı bilikləri artırmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platformasına –https://edu.e-cbar.az/course/preview.php?id=125keçid edə bilərsiniz. İştirak şərtləri
  • İştirakçı hazırda Azərbaycanda olan hər hansı bir ümumtəhsil müəssisəsində oxumalıdır;
  • İştirakçı 13-15 yaş aralığında olmalıdır (Yəni,iştirakçının təvəllüdü 11 may 2006-cı il və 14 sentyabr 2009-cu il aralığında olmalıdır).
Qeyd
  • Mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli mərhələsinin bəzi turları və Avropa finalıonlaynplatforma üzərindən təşkil ediləcəkdir.
  • Milli mərhələ bir neçə turdan ibarət olacaqdır. Bu şərtlər ilkin seçim turunu keçən iştirakçılara ətraflı izah ediləcəkdir.
  • Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə suallarıAzərbaycan dilindəolacaqdır.
Qeydiyyat İlkin seçim turu üçün 30 mart 2022-ci il saat 18:00-a qədər bulinkdənqeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır. Əlaqə Daha ətraflı məlumatı Azərbaycan Banklar Assosiasiyasının [email protected] ünvanına mövzu hissəsində “Avropa Pul Viktorinası 2022” yazaraq əldə edə bilərsiniz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az