5 Mart 19:55

Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi

Dəyərli Gənclər, Azərbaycan Respublikasının Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir!
14-18 yaş arası Azərbaycan vətəndaşları “Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusunda inşa yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
İnşa müsabiqəsinin qalibi 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaqdır. Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaqdır. İkinci və üçüncü yerin qalibləri isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mükafatlandırılacaqdır.
Müraciət tarixi: 5- 24 mart 2019-cu il.
Ətraflı məlumat üçün: https://youthfoundation.az/45334

Hər kəsə uğurlar!

Bəyən və paylaş

Rəylər

rəy(lər)