“Avropanı gəz, duy və kəşf et” adlı fotoşəkil müsabiqəsi

Əziz Dostlar!

Avropa İttifaqı məmnuniyyətlə “Avropanı gəz, duy və kəşf et” adlı fotoşəkil müsabiqəsinin başlandığını elan edir! Avropa İttifaqı ölkələrində çəkilmiş fotoşəkillərinizi göndərərək hədiyyə qazana bilərsiniz.

MÜSABİQƏ TARİXİ: Müsabiqə artıq açıqdır və fotoşəkillərin təqdim olunması üçün son tarix: 27 sentyabr 2016-cı il, saat 00:00.

NECƏ MÜRACİƏT ETMƏLİ: Müsabiqəyə daxil olmaq üçün jpg., pdf. və ya png. formatda olan şən, kreativ, peşəkar və ya qeyri-peşəkar fotolarınızı, eləcə də selfilərinizi [email protected] ünvanına göndərməli və adınızı, yaşınızı, telefon nömrənizi, şəklin qısa təsvirini (harada çəkilib və s.) əlavə etməlisiniz.

RAZILAŞMA: Təqdim olunan bütün fotoşəkillər Avropada çəkilmiş olmalıdır. Fotoşəkli təqdim etməklə onun siz tərəfdən Avropada çəkildiyini və müəllif hüququnun sizə məxsus olduğunu təsdiq etmiş olursunuz. Eyni zamanda, təqdim olunmuş fotoşəkillərin Aİ tərəfindən “Avropa Şəhərciyi” tədbirinin istənilən təşviqat materiallarında məhdudiyyətsiz çapına, Facebook səhifəsində istifadəsinə razılıq vermiş olursunuz.

QİYMƏTLƏNDİRMƏ: Fotoşəkillər Aİ Səfiri və iki xüsusi qonaq daxil olmaqla üç nəfərdən ibarət jüri tərəfindən qiymətləndiriləcək. Fotoşəkil müsabiqəsinin qalibləri 1 oktyabr tarixində keçiriləcək “Avropa Şəhərciyi” tədbiri zamanı elan ediləcək, bu barədə məlumat bizim İnternet saytımızda və Facebook səhifəmizdə elə həmin gün saat 12:30-da yerləşdiriləcək.

MÜKAFAT: 5 ən yaxşı finalçının göndərdiyi fotoşəkillər “Avropa Şəhərciyi” tədbiri zamanı Aİ stendində nümayiş etdiriləcək və hədiyyə də məhz oradan əldə olunacaqdır. Müsabiqə iştirakçıları göndərdikləri fotoşəkillərin seçilib-seçilmədiyini bilmək üçün 1 oktyabr tarixində keçiriləcək “Avropa Şəhərciyi” tədbiri zamanı Aİ stendinə baş çəkməlidirlər.

Hədiyyə
1-ci yerin qalibi – Fotokamera
Digər qaliblər – Müxtəlif hədiyyələr

* * *
Dear Friends!

The EU is proud to announce that the ‘Visit, feel and explore Europe’ photo contest has begun! We are now accepting your photographs taken in EU member states.

CONTEST DATES: Open now, deadline for submissions is 00:00, 27th of September, 2016

HOW TO ENTER: To enter the contest, please, send jpg., pdf. or png. digital format of funny, creative, professional or non-professional photos and selfies to [email protected] along with your name, age, phone number and short description (place taken etc.).

AGREEMENT: All photographs must be taken in Europe. By submitting a photo you are agreeing that the photo was taken by you and that you hold the copyright. You are also permitting unlimited use of the photo by the EU in any Eurovillage promotional material and EU Facebook page.

JUDGING: Prints will be judged by a panel of three including our EU Ambassador and two special guests. Winners will be announced on the 1st of October during Eurovillage, on our website and on our FB page at 12:30 on the day.

AWARD: The top 5 finalists will be displayed at the EU stand during Eurovillage and can collect a gift from there. Entrants should visit the EU stand on the 1st of October to see if they have been selected.

Prize
For the 1st place winner – Camera
Other winners – Various gifts

Bir cavab yazın

Back to top button