“AVT Logistics” MMC şirkətində “Dispetçer” vakansiyası

Veysəloğlu Şirkətlər Qrupunun “AVT Logistics” MMC şirkəti üçün “Dispetçer” vakansiyası mövcuddur. [email protected] ünvanına “Dispetçer Edumap.az” yazmaqla CV göndərməyiniz xahiş olunur.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Ali
Yaş həddi: 25-40

İşin Təsviri: Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və həyata keçirilməsi işinin təşkili.

Vəzifə öhdəlikləri:
Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək;
Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq və təmirinin təşkili;
Sürücülərin iş qrafikinin tərtib edilməsi və koordinasiya edilməsi;
Optimal marşrut xətlərinin hazırlanması.

Tələblər:
MS Office proqramlarını bilməli;
Mükəmməl ünsiyyət və fəal dinləmək bacarığı;
Güclü təşkilatçılıq bacarığı;
Səs mühakiməsi etmə bacarığı;
Avtomaşınların texniki xarakteristikasını bilməli;
Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
Sürücülük vəsiqəsi – BC kateqoriyası.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Endirimli tibb xidməti.

İş qrafiki: 6 günlük.

Bir cavab yazın

Back to top button