Avtomatlaşdırılmış əməliyyat sisteminin dəstəklənməsi üzrə mütəxəssis vakansiyası

Azərbaycan Beynəlxalq Bankı İnfrastruktur və Əməliyyatlar departamentinə Avtomatlaşdırılmış əməliyyat sisteminin dəstəklənməsi üzrə mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
  • Proqram təminat ilə bağlı sorğuların icra edilməsi, icazə və məhdudiyyətlərin tətbiqi;
  • Sorğuların müəyyən olunmuş vaxt çərçivəsinə uyğun icra olunmas;
  • İstifadəçilərin yaranan problemlərinin araşdırılması və həlli;
  • İstifadəçilərdən gələn zənglərin cavablandırılması.
  Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli;
  • Bank əməliyyatları və ya nəzarət sahəsində minimum 1 il iş təcrübəsinə sahib;
  • SQL biliklərinə sahib (PL-SQL biliklərinə sahib olmaq üstünlükdür);
  • Bank sistemləri ilə bağlı iş təcrübəsinə sahib (üstünlükdür);
  • Azərbaycan, rus, ingilis dillərini bilən;
  • Kritik icra müddətləri ilə işləmə və zamanın idarə edilməsi bacarığına sahib;
  • Yüksək səviyyədə ünsiyyət bacarığına malik;
  • Komandada işləmək bacarığına sahib;
  • Təşəbbüskar və yeniliklərə açıq;
  • İti bucaqlı düşüncə və analiz bacarıqlarına malik;
  • Sürətlə dəyişən və inkişaf edən mühitə uyğunlaşmaq və yenilikləri öyrənməkdə maraqlıdır.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Avtomatlaşdırılmış əməliyyat sisteminin dəstəklənməsi üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Əlavə məlumat üçün:www.abb-bank.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az