15 Noyabr 23:45

“AXC-nin 100 illiyinin qeyri-formal təbliği” layihəsi keçiriləcək

Əziz gənclər!

2 Dekabr 2018-ci ildə Gəncə şəhərində, 22 Dekabr tarixində Biləsuvar rayonu və 23 Dekabr tarixində isə Lənkəran şəhərində keçiriləcək “AXC-nin 100 illiyinin qeyri-formal təbliği” layihəsi Gəncə-Qazax, Lənkaran və Aran iqtisadi rayonlarında (Gəncə, Qazax, Mingəçevir, Biləsuvar, Saatlı, Lənkəran, Masallı, Astara) yaşayan fəal gəncləri və gənclər təşkilatları üzvlərini birləşdirəcəkdir.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 4 nömrəli “Keyfiyyətli təhsil’’ məqsədini əsas tutaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir və Azərbaycanda keyfiyyətli təhsili təbliğ edir.

Layihə zamanı keçiriləcək təlim kursu 4 hissədən ibarətdir:
1.Təlimləndirmə və təbliğat
2.Simulyasiya
3.Qiymətləndirmə
4.Hədəflərin qoyuluşu

Təlimləndirmə mərhələsidə iştirakçılara AXC-nin tarixi haqqında məlumat və layihələrin hazırlanma qaydaları izah olunacaq.

Simulyasiya mərhələsində layihələrin icrasını praktiki şəkildə tətbiqi iştirakçılarla birlikdə həyata keçiriləcək.

Qiymətləndirmə mərhələsində layihənin davamlılığını təmin etmək üçün iştirakçılar tərəfindən irəli sürülən layihələr müzakirə olunacaq və qiymətləndiriləcək.

Təlimin keçiriləcəyi məkan: Biləsuvar, Gəncə, Lənkəran Gənclər evləri.
Təlimin müddəti: 1 gün (Saat 09:00-dan 18:00-dək)
Hədəf qrupu: 18-30 yaş arası faktiki yaşayış ünvanı Gəncə, Qazax, Mingəçevir, Biləsuvar, Saatlı, Lənkəran, Masallı, Astara şəhərindən/rayonundan olan gənclər və gənclər təşkilatları üzvləri.

Məqsəd: AXC-nin 100 illiyini qeyri-formal təhsil üsulları ilə təbliğinin aparılmasıdır.

Qeyd: İştirakçıların qidalanması və nəqliyyat xərcləri(bəzi şəhərlər üçün) təşkilatçı tərəfindən təmin ediləcək.Təlimin sonunda iştirakçılar sertifikat ilə təltif olunacaqlar.

Təlim kursunda iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan anket formasını doldurmaqla 25 noyabr 2018-ci il saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 27 noyabr tarixində bildiriləcək.

Qeydiyyat üçün keçid: https://goo.gl/rXwCr1

Bəyən və paylaş

Rəylər

rəy(lər)