28 Yanvar 10:39

“AXIN” adlı sərgi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  2019-ci il fevral  ayının 5-i saat 17:00-da “Leyla Khazari Art Gallery”də 2 fevral gənclər gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcəkdir. Sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək məqsədi ilə həyata keçirilir.

Sərgidə 30-dan çox gənc rəssamın 50-ə yaxın rəsm əsəri sərgilənəcəkdir. Bundan başqa gənc rəssamlara dəstək məqsədi ilə rəsm əsərlərinin satışı təşkil olunacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)