“Axın” sərgisinə rəsm əsəri qəbulu başladı
Dövlət Rəsm Qalereyası 2 fevral – Gənclər Günü ilə əlaqədar olaraq açılacaq “Axın” sərgisinə rəsm əsəri qəbulu elan edir.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı və əsərin fotosunu məlumatları ilə birlikdə [email protected] adresinə göndərməlidirlər.
Əsərlərin qəbulu yanvarın 28-dək aparılacaq.