29 Fevral 19:54

Aylıq foto müsabiqənin yeni mövzusu insanlarda psixoloju durum

Aylıq foto müsabiqənin yeni mövzusu insanlarda psixoloju durumu əks etdirən: məhəbbət, sevinc, xoşbəxtlik, təəccüb, iztirab, qorxu, qətiyyət, qəzəb. Bunlarla hər gün, günün istənilən vaxtında, istənilən məkanda görmək mümkündür. Fotoqrafiyanın diliylə belə psixoloji duruma yanaşma bədii formada təqdim olunması, model və məkan vəhdətinə diqqət yetirməklə bədii təsirə malik olmalıdır. Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 26 mart tarixinə kimi təqdim olunmalıdır, onlar bədii şuraya təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad,soyad,,fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş mart ayında çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqə qrupunda yerləşdiriləcək. Mövzunun müəllifi Rauf Umuddur. Müsabiqənin kordinatoru Arzu Mürvətovadır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)