“Ayrı seçkiliksiz gələcəyim” adlı fotomüsabiqə keçirilir

Avropa Şurası (AŞ) və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” (PGG II) birgə proqramı çərçivəsində “Ayrı seçkiliksiz gələcəyim” adlı fotomüsabiqə keçirilir.

Müsabiqənin məqsədi bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, müxtəliflik, birgə yaşama, milli azlıqlar və gender bərabərliyi kimi mövzuların ölkələr üçün kəsb etdiyi əhəmiyyəti göstərməkdən ibarətdir.

Müsabiqədə iştirak etmək üçün qeyd olunan mövzulara aid olan foto-şəkilləri ingilis dilində maksimum 40 sözdən ibarət başlıq ilə “Instagram” sosial media platformasında “#PGG4citizens” həştəqi ilə paylaşıb Avropa Şurasının hesabını (@councilofeurope) qeyd etmək lazımdır.

Ətraflı məlumt www.pjp-eu.coe.int internet səhifəsindən əldə edilə bilər.

Müsabiqə 15 noyabr 2020-ci il tarixinədək davam edəcək. Ən yaxşı foto-şəkillər AŞ kanalları vasitəsi ilə nümayiş etdiriləcək.

Bir cavab yazın

Back to top button